A

Mart ayından etibarən UNEC radiosunda “Mentorun müzakirə vaxtı” adlı proqram yayımlanmağa başlamışdır.

İqtisadiyyat fakültəsi mentorluğunun təşəbbüsü ilə reallaşan layihənin əsas məqsədi universitetdə mentorluq institutunun formalaşmasına və mentorlar arası təcrübə mübadiləsinə təkan vermək, mentorların işinin təşkili istiqamətində həyata keçiriləcək bütün yeniliklərin müzakirəsini aparmaqdır.

UNEC İqtisadiyyat fakültəsi, ekologiya ixtisaslı 123 saylı qrupun tələbəsi, fakültənin tələbə-mentoru Nərmin Zeynallının ideya müəllifliyi və fakültənin qrup mentoru Afaq Hacıyevanın aparıcılığı ilə reallaşan radio proqramın tədris semestri ərzində hər həftə yayımlanması nəzərdə tutulur.

Verilişin efirə gedən ilk buraxılışının qonağı UNEC mentorlarının rəhbəri Esmira Babaşirinova olmuşdur.

Verilişin səs yazısını təqdim edirik:

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR