A

Radio UNEC-də efirə gedən “UNEC-ə Dair” verilişinin növbəti efirinin qonağı 2-ci kurs tələbəsi Nərmin Əkbərli oldu.

Nərmin 2017-ci ildə 600-dən çox bal toplayaraq universitetimizin Beynəlxalq İqtisadiyyat Məktəbinə daxil olmuşdur. Bir çox təcrübə proqramlarında çalışmış və çalışmağa davam edən Nərmin ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilən "UGRAD" təqaüdünə layiq görülmüşdür. Global UGRAD proqramı Azərbaycan universitetlərinin 1-ci, 2-ci və ya 3-cü kurs tələbələrinə ABŞ-ın təqaüd programını qazanmaqla, ABŞ-da bir illik akademik semester müddəti ərzində bakalavr pilləsində qeyri-dərəcəli təhsil almaq fürsəti təqdim edir. Təqaüdü qazanmış və ABŞ-da təhsil alacaq olan tələbəmiz bizə təqaüdə necə müraciət etdiyindən, keçdiyi bütün mərhələlər haqqında məlumat verdi.

Əgər sizdə "UGRAD" təqaüdü haqqında informasiya əldə etmək istəyirsinizsə maraqlı söhbətimizə qulaq asa bilərsiz. Hər həftənin cümə axşamı saat 12:00-da Gülnarın təqdimatında efirə gedən UNEC-ə Dair verilişini dinləməyi unutmayın.

Verilişin səs yazısını təqdim edirik:

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR