A

Abiturientlərin UNEC üstünlükləri barədə məlumatlandırılması layihəsi çərçivəsində Bakı şəhəri Yasamal rayonunda yerləşən 167 saylı tam orta məktəbdə  şagirdlərin Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və menecment” fakultəsinin “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Şəkərəliyev və “Riyaziyyat” kafedrasının müdiri, professor Natiq Əhmədovla görüşü keçirildi.

Görüşü məktəbin direktoru Qasım Qasımov açaraq  qonaqları təqdim etdi.

Daha sonra professor Arif Şəkərəliyev çıxış edərək İqtisad Universitetinin yaranma tarixi, tədrisin təşkili, elmi tədqiqatların aparılması, UNEC xarici iqtisadi əlaqələri barədə şagirdlərə məlumat verdi. Həmçinin son illərdə Universitetdə aparılan uğurlu islahatlardan söz açıldı. Son 5 ildə UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin tamamilə elektronlaşdırılması, tələbələrin arasında prezident təqaüdçülərinin sayının ilbəil artması, “Sabah” qrupları, tələbələrimizin xarici ölkələrdə təhsillərinin davam etdirilməsi, “Türk dünyası işlətmə fakultəsi”, “Rus İqtisad Məktəbi”, Beynəlxalq iqtisadiyyat məktəbində ingilis dilində təhsil məsələlərindən geniş şəkildə bəhs edildi. Bununla yanaşı olaraq UNEC-in “Şərqi Avropa və Mərkəzi Asiya “ regionu üzrə reytinq cədvəlində 161-170 ən yaxşı Universitetləri  arasında olması qeyd edildi.

Görüşün sonunda şagirdləri maraqlandıran suallara ətraflı şəkildə cavablar verildi.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR