A

UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllimləri, Bakı şəhərinin aparıcı məktəbləri olan TISA (The International School of Azerbaijan), “XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”, SABIS SUN Beynəlxalq məktəbi, Dünya məktəbi, 6-nömrəli məktəb lisey və Bakı Beynəlxalq Məktəbində təqdimatlar keçirmişlər. 

UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) direktoru Aqil Əzizov TISA-nın Orta və diplom proqramları üzrə müdir müavini xanım Sara Borgerdinglə görüşüb, İqtisad Universiteti haqqında ətraflı məlumat vermişdir. Görüş zamanı qeyd edilib ki, TISA-nın informativ güşəsində digər universitetlərlə yanaşı UNEC haqqında da məlumatın yerləşdirilməsi İqtisad Universitetinə olan böyük maraqdan irəli gəlir.

Digər görüş SABIS SUN Beynəlxalq məktəbinin rəhbərliyi və bir qrup şagird ilə keçirilmişdir. Tədbirdə A.Əzizov UNEC-in Avropa universitetləri ilə “Erasmus+” və Türkiyə universitetləri ilə “Mövlanə“ mübadilə proqramlarında və digər beynəlxalq tərəfdaşlıq layihələrində iştirakı barədə geniş məlumat vermişdir.

UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini İnara Rzayeva bir qrup ISE tələbəsi ilə 6 nömrəli məktəbdə lisey şagirdləri ilə görüşlər keçirmişdir. Görüşdə UNEC-in tələbələr üçün yaratdığı müasir tədris mühiti, təhsilin elektronlaşdırılması, mühazirə və seminarların interaktiv ve olduqca maraqlı keçirilməsi haqqında məlumat verilmişdir. Məktəblilərin UNEC-in elektron universitet modeli və 24/7 kitabxanası ilə bağlı sualları cavablandırılmışdır.

UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Aysel Quliyeva “XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə IGCSE proqramı ilə təhsil alan şagirdlərlə görüş keçirmişdir. A.Quliyevanın Bakı Beynəlxalq Məktəbinin muşaviri Ceyn Habbermanla görüşündə, yuxarı sinif şagirdlərinə UNEC-in beynəlxalq reytinq cədvəllərində tutduğu mövqe, tələbə müəllim münasibətləri və digər üstünlüklər barədə ətraflı məlumat verilmişdir.

Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Fəxri Məmmədov “Dünya məktəbi”ndə şagirdlərlə səmimi göüş keçirilmiş, UNEC-in üstünlükləri barədə məlumat verilmiş, məktəblilərin sualları cavablandırılmışdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay