A

Türk dünyası işlətmə fakültəsinin əməkdaşları Bakı şəhərində yerləşən türk dilində tədris aparan 3 liseydə UNEC-in təqdimatı məqsədilə görüşlər keçiriblər.

“Bakı Türk Anadolu Liseyi”, “Bakı Atatürk Liseyi”, “Bakı Dəyanət Litseyi”ndə “İqtisadiyyat və işlətmə” kafedrasının müəllim heyəti tərəfindən UNEC-in təqdimatı keçirilib və hər bir abituriyentə məlumat kitabçası verilmişdir.

Abituriyentlərin universitetə qəbul olduqdan sonra tədris prosesi, karyera imkanları, tələbə mübadilə proqramları, ikili diplom, SAT əsaslı qəbula dair sualları cavablandırılmış, tələbələrin tədris prosesinə təşviq və motivasiyası üçün UNEC tərəfindən hansı imkanların təmin edildiyi haqqında ətraflı məlumat verilmişdir.

Azərbaycan, rus, ingilis və türk dillərində tədris imkanı təqdim edən UNEC haqqında aparılan təqdimat abituriyentlər tərəfindən böyük maraqla qarşılanmışdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay