A

UNEC üstünlükləri barədə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məktəblərdə təhsil alan şagirdlərin məlumatlandırılması layihəsi çərçivəsində" Müəssisənin iqtisadiyyatı"  kafedrasının müdiri, dosent Əli Hacıyev, “Standartlaşma və sertifikasiya” kafedrasının müəllimi, dosent İlqar Rəcəbov, Magistratura Mərkəzinin müəllimi, dosent Ənvər Salahov Gəncə və  Mingəçevir şəhərlərinə ezam edilmişlər.

Səfər çərçivəsində 21 saylı orta məktəbdə buraxılış siniflərinin şagirdləri ilə keçirilən görüşlərdə məktəblilər aktiv iştirak etmişlər. Görüşlər zamanı UNEC-in əməkdaşları iştirakçılara universitet barədə ətraflı məlumat vermiş, UNEC haqqında təqdimat nümayiş etdirilmiş, zəruri izahatlar verilmiş və sonda şagirdlərin verdikləri suallar cavablandırılmışdır. Bəzi məktəblərdə görüşlərə valideynlərin də qatılması təqdimatlara böyük marağın göstəricisidir.

SABAH qrupları haqqında, universitetdə daxili və xarici ölkələrdə ikili diplom haqqında, 600 bal və yuxarı bal toplayan hər bir tələbəyə bir semestr boyunca aylıq 100 AZN təqaüdün verilməsi, semestrin yekun nəticəsinə görə hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlaçı təqaüdün verilməsi, Avropa universitetləri ilə, “Erasmus”+, Türkiyə Universitetləri ilə “Mevlana” mübadilə proqramları haqqında, beynəlxalq layihələrdə iştirak, QS reytinqində Şərqi-Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisad yönümlü universitetlər arasında 4-cü sırada qiymətləndirilməsi haqqında, 24/7 kitabxana, Quba rayonunda tədris, idman və istirahət kompleksi, müasir texnologiyalarla təchiz olunmuş “UNEC Extern”, bir günlük tələbə layihəsi, “Radio UNEC” və s. haqqında geniş məlumatlar verilmişdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR