A

UNEC-in Zaqatala filialının müəllim və tələbələri Zaqatalanın aparıcı məktəblərində olublar.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimovanın təşkilatçılığı ilə Tələbə Gənclər Təşkilatının fəalları UNEC-in Zaqatala filialının tanıtımı məqsədilə Zaqatala məktəblərində yuxarı sinif şagirdləri ilə görüşüblər.

Abituriyentlərə UNEC-in Zaqatala filialı barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada I və II ixtisas qrupları üzrə qiyabi və əyani təhsil aparılır. Filialda tədrisin tamamilə elektronlaşdırıldığı, imtahanların mərkəzləşdirilmiş qaydada aparıldığı qeyd olunub. Tələbələrin stimullaşdırılması məqsədilə filialda imtahanlarda ən yüksək bal toplayan iki tələbənin Bakıda bir semestrlik təhsil almaq şansı olduğu bildirilib.

Sonda TGT nümayəndələri şagirdlər arasında fənlər üzrə müsabiqə təşkil ediblər. Fərqlənən şagirdlərə hədiyyələr təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay