A

“UNEC-dən dünyaya” layihəsinin budəfəki iştirakçısı Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) mühasibat uçotu və audit ixtisası üzrə tələbəsi Məryam Tağıyevadır. O, Erasmus+ beynəlxalq proqramı çərçivəsində yaz semestrində İtaliyanın Sapienza Universitetində təhsil alıb. M.Tağıyeva Sapienza Universitetində qazandığıtəcrübəni və İtaliya təhsil sistemindəki bəzi fərqli məqamları UNEC News-la bölüşüb.

“Professorların hər birinin fərqli dərs metodikaları və sillabusları var”

İlk öncə başlayacağım məqam professorların hər birinin fərqli dərs metodikaları və sillabuslarının olmasıdır. Sözsüz ki, gördüyünüz hər fərqli yanaşma əsasında daha çox bilgi əldə etmə şansınız olur, bəzən eyni mövzunu müxtəlif növ yanaşmalarla öyrənmiş ola bilərsiniz. Buna həmçinin professorun seçdiyi imtahan növü də daxildir, belə ki istəklərindən asılı olaraq şifahi, yazılı və test üsülu ilə həyata keçirə bilərlər. Düşünürəm ki, belə sistemdə müəllimlərin düzgün və ədalətli dəyərləndirilməsi ola bilər və bu dəyərləndirmə əsasında gələcək illərdə oxuyan tələbələrə seçəcəyi professor haqqında düşünmə imkanı verir. Sonda çox seçilən və az seçilən professorlar haqqında müəyyən addımlar atılır. 

Zamanı idarə etmək, dəyərləndirmək tələbənin əlindədir

İkinci nüans isə təbii ki, ən çox bilinən “qayıb” sisteminin olmamasıdır. Ümumiyyətlə, təhsil sistemində sizi məcbur qoyan bir qayda ilə üzləşmədim, atacağınız hər bir addım sizin özünüzün iradənizə dayanır və nəticələrindən də siz məsuliyyət daşıyacaqsınız. Bəzən elə tələbələr ola bilər ki, dərsə gəlmədən imtahanı vermə potensialına malik ola bilər və normal olaraq bu zaman kəsiyində özünə ən faydalı olan yolu seçəcək. Digər bir tərəfdən isə tələbə tənbəlliyindən dərslərdə iştirak etməyəcək və yenə də əldə olunmuş nəticə seçilmiş qərarlar əsasında müəyyənləşəcək, nəinki məcburiyyət əsasında. İlk vaxtlar burada olduğum müddətdə müəyyən zaman kəsiyində boş qaldığımı hiss elədim. Çünki nə prezentasiya, nə seminar nə də kollokviumlar var idi. Sonda belə qərara gələ bildim ki, bu zaman diliminin olması normaldır və bunu idarə etmək, dəyərləndirmək isə tələbənin əlindədir.

İmtahandan kəsilsəniz və ya qiymətlə razılaşmasanız, ikinci ay imtahan vermə şansınız olur

Üçüncü bir nüans isə, imtahanın keçirilmə qaydasıdır. Belə ki, iki ay ard-arda imtahan ayı sayılır. Məsələn, yaz semestrində iyun-iyul, qış semestrində isə yanvar-fevral.. əgər ilk aydakı imtahandan kəsilsəniz və ya qiymətlə razılaşmasanız, ikinci ay imtahan vermə şansınız olur. Digər bir tərəfdən isə appelyasiya sistemi yoxdur, çünki, daha öncə qeyd etdiyim kimi, üstünlük şifahi və testlə verilən imtahanlara verilir. Yazılı olarkən belə professor bir sual üçün iki sətir yer qoyur, beləliklə, bu şərtlər əsasında appelyasiya sistemi ortadan qalxmış olur.

Sapienza Universitetinin professor heyəti üzləşdiyi çətinlikləri necə həll edir…

Digər bir nüans isə professorların mühazirə boyunca daha çox öz praktiki təcrübələrini bizlərlə bölüşməsi idi. Belə ki, semester boyunca fənlərini dinlədiyim professorların hansısa beynəlxalq şirkətdən dəvət etdiyi qonaqları olurdu. Beləliklə, həmin şəxslər öz praktiki iş təcrübələrini bir dərs boyunca tələbələrlə bölüşürdülər. Buna həmçinin professorlar da daxildir, belə ki, dünyaca məşhur universitetlərdən professorlar gələrək universitet daxilində olan müəllim heyəti ilə müzakirələr aparırdı. (Prof. Wendy Carlin iştirakı əsasında Sapienza Universitetində professor heyətinin üzləşdiyi çətinliklər haqqında seminar təşkil edilmişdi).

Sonda deyə bilərəm ki, təhsil sektoru mənə görə bir çox problemlərin həllinə aparan ən mühüm yollardan biridir, çalışaq daha çox təhsilimizə investisiya edək.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR