A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində Bahar Sonamın “Yanar qəlb” kitabını təqdim edir.

Müəllifin Azərbaycan Milli Oftalmologiyasının görkəmli alimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr etdiyi kitab sənədli materiallar əsasında yazılmış aftobioqtafik əsərdir. Hərbi yazıçı-jurnalist R.Bahar Sonamın 2007-ci ildən üzərində çalışdığı “Yanar qəlb” akademik Z.Əliyeva haqqında ilk bədii-sənədli kitabdır. “Yanar qəlb”in poetik lirikasında bəşəri, sonsuz bir etiraf, həsrət var və bu ağır, kövrək hisslər hər bir insanın məhrəm duyğularına toxunacaq.

Redaktoru N.Məmmədli olan kitab 2017-ci ildə “Elm və Təhsil” nəşriyyatında çap edilib.

Qeyd edək ki, “Həftənin kitabı” layihəsinin məqsədi UNEC-in müəllim və tələbələrini zəngin kitabxana fondu ilə tanış etməkdir. Layihə çərçivəsində oxuculara hər həftə bir kitab təqdim olunur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR