A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində Təranə Kərimovanın “İqtisadiyyatın investisiya potensialının formalaşdırılması və səmərəli istifadəsi problemləri” monoqrafiyasını təqdim edir.

Müəllifin bu monoqrafiyasında milli iqtisadiyyatda investisiya potensialının formalaşdırılması və istifadəsinin nəzəri-metodoloji aspektləri nəzərdən keçirilir, Azərbaycanda investisiya potensialının formalaşmasının müasir vəziyyəti təhlil olunur və onun səmərəliyinin qiymətləndirilməsi aparılır. Kitabda həmçinin investisiya potensialının ölkə iqtisadiyyatında rolu qiymətləndirilir, Azərbaycanda investisiya potensialından istifadə səviyyəsi sistemli şəkildə tədqiq edilir, investisiya potensialından istifadənin səviyyəsinin yüksəldilməsi istiqamətləri əsaslandırılır.

Monoqrafiya 2017-ci ildə Elm nəşriyyatında çapdan çıxıb.

Qeyd edək ki, “Həftənin kitabı” layihəsinin məqsədi UNEC-in müəllim və tələbələrini zəngin kitabxana fondu ilə tanış etməkdir. Layihə çərçivəsində oxuculara hər həftə bir kitab təqdim olunur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR