A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində “Hazar denizi hidropolitiği. Türkiye Azərbaycan Gürcüstan ilişkileri” adlı kitabı təqdim edir.

Pərviz Səmədovla Abdulla Yücəl Kuruçimin müəllifi olduğu kitab ermənilər soyqırımına məruz qalan şəhidlərimizin xatirəsinə ithaf olunub və Türkiyə universitetlərində dərslik kimi istifadə edilir.

Dərslikdə beynəlxalq münasibətlərin yeni sahəsi olan hidropolitika, xüsusilə Cənubi Qafqazda neftin paylaşılması problemi ilə yaxından əlaqəli olması səbəbilə, Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin araşdırılmasında elmi və stratejik baxımdan böyük əhəmiyyətindən bəhs edilir. Həmçinin Xəzər dənizinin hüquqi statusu və Coruh hövzəsinin hidropolitikasından yola çıxılaraq hər üç ölkə arasında inkişaf edən əlaqələr ortaya qoyulub. Xəzər dənizinin hüquqi statusunda ayrı-ayrı dövlətlərin mövqeyi araşdırılaraq, siyasi mövqeləri təhlil edilib və başda Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri olmaqla, region və beynəlxalq siyasətə gətirdiyi fürsətlər və yaratdığı risqlər, təhlükələr barədə geniş məlumat verilib. Ermənistanın təcavüzkar siyasətinin digər sahələrdə olduğu kimi, hidropolitik sahədə də bölgə ölkələrinə təhdid təşkil etməsi əsaslı sübutlarla əsaslandırılıb.

2017-ci ildə çapdan çıxan kitabı UNEC-in kitabxanasından əldə edə bilərsiniz.

Qeyd edək ki, “Həftənin kitabı” layihəsinin məqsədi UNEC-in müəllim və tələbələrini zəngin kitabxana fondu ilə tanış etməkdir. Layihə çərçivəsində oxuculara hər həftə bir kitab təqdim olunur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay