A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində oxuculara “Azərbaycan Cümhuriyyəti Tələbələri” kitabını təqdim edir.

Ədalət Tahirzadə və Oğuztoğrul Tahirlinin müəlli olduğu Cümhuriyyət tələbələrinə həsr edilən bu kitab Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən mühüm problemlərindən birini hərtərəfli şəkildə həll etməklə, onun öyrənilməsinə mühüm töhfə verib. Kitab Azərbaycanın dövlətçilik tarixinə verilən yüksək dəyərin göstəricisidir. Bu, eyni zamanda, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının gənc nəslində tarixi irsə hörmət hissinin tərbiyəsi üçün də əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, 1222 səhifəlik bu fundamental əsərin üzərində müəlliflər 15 ildən artıq çalışmışlar. Kitabda Azərbaycan Cümhuriyyəti (1918-1920) hökumətinin 1920-ci ilin yanvarında xarici ölkələrə oxumağa göndərdiyi 102 tələbəyə həsr edilən bu əsərdə tələbələrin hər birinin tərcümeyi-halı ayrıca verilərək, 1000-dən artıq nadir foto əksini tapıb. Oxucular onların əksəriyyəti ilə ilk dəfə tanış olacaqlar.

2016-cı ildə “TEAS Press” Nəşriyyat evində çapdan çıxan kitabı UNEC-in kitabxanasından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay