A

UNEC News “Həftənin kitabı” layihəsini davam etdirir.

Tələbələrin yay tətilini səmərəli keçirməsi məqsədilə “Həftənin kitabı” layihəsində  dünya klassiklərinin əsərlərindən ibarət kitablarla tanış olacaqsınız.

“Həftənin kitabı” layihəsi bu dəfə görkəmli ingilis yazıçısı Oskar Uayldın “Seçilmiş əsərləri”ni təqdim edir. Kitabda bir roman, iki pyes və iki nağıl verilib. Kitabda xüsusi yer alan və yazıçının yaradıcılığının şah əsəri sayılan “Dorian Qreyin portreti” romanı oxucularımızın yay tətilində bədii  mütaliəsini daha da bəzəyəcək.

Kitabı UNEC-in Əsaslı kitabxanasından əldə etmək mümkündür.

Qeyd: Kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamı ilə nəşr olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay