A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində oxuculara “Biznesdə keyfiyyəti idarəetmə sistemi” dərsliyini təqdim edir.

Dərs vəsaitinin müəllifləri, H.İ.Həmidov, E.Ə.Əhmədov, A.T.Hüseynli və F.B.Əliyevdir.

Təhsildə keyfiyyət təhsil sisteminin ən əsas anlayışlarından və qarşıda duran əsas məsələlərindən biridir, daha doğrusu, birincisidir.

Dərs vəsaitində təhsildə, xüsusilə də, ali təhsildə müasir keyfiyyət konsepsiyasının əsasları UNEC-in keyfiyyətli idarəetmə sənədləri timsalında təqdim olunur. Təhsildə islahat, keyfiyyət ölçüləri və keyfiyyətə cavabdeh olan təşkilatlar haqqında ən mühüm məqamlara nəzr salınır. Təhsildə keyfiyyətin təmin edilməsi və artırılması sahəsində dünya təcrübəsi, xüsusilə Yaponiya, Amerika, Rusiya və Türkiyə təcrübəsi təhlil olunaraq, keyfiyyətlə əlaqədar nəzəri və praktiki məsələlər öyrənilmişdir. Bu dərs vəsaitinin yazılmasında əsas məqsəd iqtisadçı bakalavrlara, magistrlara keyfiyyəti idarəetmə sisteminin nəzəri və praktiki məsələlərini öyrətməklə, TS-EN-İSO 9001:2008 Keyfiyyəti İdarəetmə Sisteminin tələbələrə uyğunlaşdırmaq, onları zamanın tələblərinə uyğun idarəedicilər hazırlamaqdır.   

2016-cı ildə çapdan çıxan kitabı UNEC-in kitabxanasından əldə edə bilərsiniz. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR