A

“Həftənin kitabı” oxuculara “Vergi inzibatçılığı” kitabını təqdim edir.

Dərslik Azərbaycan Respublikası Vergilər Nəzirliyinin Tədris Mərkəzi tərəfindən hədiyyə edilib.

Kitab Ə.N.Həsənov, C.A.Mehdiyev, E.Ə.Hüseynov, R.B.Məhərrəmov, Z.A.Babayev və F.M.Yadigarovun ortaq müəllifliyi ilə ərsəyə gəlib.

Dərslikdə vergi inzibatçılığının iqtisadi mahiyyəti, təşkilati funksiyaları, prinsipləri nəzəri cəhətdən araşdırılıb, Azərbaycan Respublikasında vergi inzibatçılığı sahəsində təcrübi aspektləri vergi qanunvericiliyi çərçivəsində təqdim edilib. Həmçinin vergi qanunvericiliyinin icrasına nəzarət, vergi inzibatçılığının icrasına nəzarət, daxilolmaların və risklərin təhlili, vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu, vergi ödəyicilərinin qeydiyyatı işlərinin təşkili, hüquqi təminat işlərinin təşkili, koordinasiya və kargüzarlıq işlərinin təşkili və digər mövzular əhatə edilib.

372 səhifəlik 2017-ci ildə nəşr edilmiş “Vergi inzibatçılığı” dərsliyini UNEC-in Kitabxanasından əldə edə bilərsiniz.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR