A

Həftənin kitabı bu həftə oxuculara “Introduction to Econometrics” kitabını təqdim edir.

Kitabın müəllifi Cefri M.Vuldricdir (Jeffrey M.Wooldridge).

Bu kitab əsl empirik tədqiqatçılar kimi düşünməyə, ekonometrik modelləri praktiki və professional şəkildə tətbiq etməyə köməklik edir. Digər kitablardan fərqli olaraq, bu kitab ekonometrikanı mücərrəd bir elm sahəsi kimi deyil, həyata keçirilən tədbirləri qiymətləndirməyə və ya proqnozlaşdırmağa imkan verən faydalı bir vasitə olduğunu göstərir. Kitab məlumatlar, onların toplanması və analizi üzərində qurulmuş və daha praktiki yönümlü fərziyyələrdən istifadə etmə yolarını nümayiş etdirir.

2014-cı ildə çapdan çıxan, 603 səhifəlik “Introduction to Econometrics” kitabını UNEC 24/7 kitabxanasında əldə edə bilərsiniz. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR