A

Həftənin kitabı bu dəfə oxuculara “Маркетинг” kitabını təqdim edir.

Kitabın müəllifi B.A.Solovyovdur (Б.А.Соловьев).

Dərslikdə marketinqin kompleks idarəetmə sisteminin əsaslarından bəhs edilir. Həmçinin bazar şəraitində idarəçilik qərarlarının qəbul edilməsində praktiki vərdişlərin formalaşdırılmasına, marketinq planlamasına, nəticələrin qiymətləndirməsinə və digər sahələrə xüsusi diqqət verilib.  

Nəşrdə real istehsalat şəraitində marketinq idarəçiliyinin nəzəri əsasları barədə ətraflı məlumat verilir. Dərslikdə real praktiki nümunələrə xüsusi diqqət ayrılıb.

Moskva “ИНФРА-М” Elmi Nəşrlər Mərkəzində 2017-cı ildə çapdan çıxan, 336 səhifəlik “Маркетинг” kitabı ilə “UNEC 24/7” Kitabxanasında tanış ola bilərsiniz. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR