A

“Həftənin kitabı” bu həftə “Fundamentals of Human Resources Management” (“İnsan resurslarının idarə edilməsinin əsasları”)  kitabını təqdim edir.

Kitabın müəllifi Gary Desslerdir (Florida Beynəlxalq Universiteti).

Hər bir müəssisə və təşkilatın əsasını insan resursları təşkil edir. Kitabda İR planlaması, bunun üçün zəruri olan iş analizlərinin və öhdəliklərinin müəyyən edilməsi, işə qəbul, işçilərin işə adaptasiyası, təlim və inkişaf, xidmət fəaliyyətinin qiymətləndirilməsi, motivasiya və bu kimi vacib şərtlər haqqında həm praktiki, həm də nəzəri biliklər əldə edə bilərsiniz. Burada karyera planlamasına xüsusi diqqət yetirilib. Belə ki, tələbə və məzunlar əmək bazarında rəqabətədavamlı olmağın  müxtəlif metodları barədə məlumatları məhz bu kitabdan əldə edə bilərlər.

Qeyd etmək istərdik ki, “Fundamentals of Human Resources Management” İR mütəxəssisləri, həmçinin bu sahədə yeni addım atanlar üçün ən zəruri kitablardandır.

“PEARSON” nəşriyyatında 2016-cı ildə çapdan çıxan, 558 səhifəlik Fundamentals of Human Resources Management” kitabı ilə UNEC 24/7 katibxanasından əldə edə bilərsiniz.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR