A

“Həftənin kitabı” bu həftə oxuculara Qari Armstronq və Filip Kotlerin “Marketinq: İlk addım” kitabını təqdim edir.

Bu dərs vəsaiti F.Əliyev, A.Qasımov və G.Adığözəlova tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Bu dəsr vəsaiti “Marketinq: İlk addım” kitabının 7-ci nəşridir. Yeddinci nəşrdə marketinqi öyrənən bir çox tələbələr bu sahədə ixtisası olub-olmamasından asılı olmayaraq marketinqin əsas prinsipləri və təcrübələri haqqında daha dolğun məlumat əldə edə biləcəklər. Beləliklə də, oxucular tam, eyni zamanda asan oxunan və mənimsənilən dərs vəsaitindən yararlanacaqlar.

Azərbaycan Marketinq Cəmiyyətinin layihəsi olan Marketinq: İlk addım” kitabı 581 səhifəlik tədris materialından, 4 əlavədən, glossary-lüğətdən və dolğun qeydlər hissəsindən ibarətdir.

UNEC-in bütün tədris binalarındakı oxu zallarına, o cümlədən də UNEC 24/7 kitabxanasında bu kitab ilə tanış ola bilərsiniz. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay