A

"Həftənin kitabı” layihəsi yeni 2019-cu ilə “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərovun “Анатомия глобального экономического кризиса” (“Qlobal iqtisadi böhranın anatomiyası”) kitabı ilə start verir.

Kitabın digər müəlifi əməkdar elm xadimi, “Şöhrət” ordenli, professor Tofiq Quliyevdir.

Monoqrafiyada qloballaşdırma və onun müasir problemləri, qlobal iqtisadi böhran anlayışı, onun reproduktiv, maliyyə, valyuta və digər aspektləri, dünya bank sistemi böhranlarının və s. geniş təhlili verilib. Həmçinin kitabda dünya maliyyə sistemi böhranı, inkişaf etmiş ölkələrin iqtisadi borc xüsusiyyətləri, kapitalın beynəlxalq hərəkatı və onun qlobal böhran ilə əlaqəsi məsələləri xüsusilə vurğulanıb. Bununla belə, qlobal iqtisadi böhrandan çıxış yoları da qeyd edilib.  

Moskvada “Экономика” nəşriyyatında 2019-cu ildə çapdan çıxan, 271 səhifəlik “Анатомия глобального экономического кризиса”  kitabı ilə UNEC 24/7 kitabxanasında tanış ola bilərsiniz. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR