A

“Həftənin kitabı” bu həftə oxuculara “Mikroiqtisadiyyatın əsasları” kitabını təqdim edir.

Kitabın müəllifləri Karl E.Keys, Ray C.Feyr, Şaron M.Osterdir.

Kitab BP şirkətinin dəstəyi sayəsində Azərbaycan dilinə tərcümə edilib və çap olunub. 

“Mikroiqtisadiyyatın əsasları” kitabı 12-ci, qlobal nəşrdir. Müəlliflərin dediyinə görə, oxucular bu kitab vasitəsilə bazar iqtisadiyyatlarının necə fəaliyyət göstərdiklərini öyrənəcək və onların uğurlu işlərini qiymətləndirərək, edə bilmədikləri işlərin səbəbini anlayacaqlar. Həmçinin ümid edirlər ki, oxucular iqtisadi düşüncə sənətini və elmini öyrənməyə və eləcə də, bir sıra siyasi və hətta fərdi qərarlara fərqli şəkildə baxmağa başlayacaqlar.   

478 səhifəlik “Mikroiqtisadiyyatın əsasları” kitabı 2017-ci ildə nəşr edilib. UNEC-in bütün tədris binalarındakı oxu zallarına, o cümlədən də UNEC 24/7 kitabxanasına gəlib bu kitab ilə tanış ola bilərsiniz. 

TOP XƏBƏRLƏR