A

“Həftənin kitabı” bu həftə oxuculara “Beynəlxalq İqtisadiyyat. Nəzəriyyə və siyasət” kitabını təqdim edir.

Kitabın müəllifləri Pol R.Kruqman, Moris Obstfeld, Mark C.Melitzdir.   

Müəlliflərin yazdığına görə, bu kitab cari hadisələri işıqlandırmaq, beynəlxalq iqtisadiyyatın həyəcanını tələbə auditoriyalarına gətirməyi bacara biləcək səlis və müasir analitik çərçivəni yaratmaq cəhdinin məhsuludur. Tələbələrə beynəlxalq iqtisadiyyatın dərin məntiqini anlamaqda kömək etmək məqsədilə bu kitabda dolğun məlumat və iqtisadi siyasət üzrə suallar vasitəsi ilə onların nəzəri biliklər cəhətdən daimi inkişafı təşviq edilib.

Qeyd etmək istərdik ki, “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” kitabının elmi redaktoru UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayevdir. Kitabın tərcüməsində UNEC əməkdaşlarının rolu böyükdür.

Kitab BP şirkətinin dəstəyi sayəsində Azərbaycan dilinə tərcümə edilib və çap olunub. BP şirkətinin bu layihəsi təhsilin inkişafına verdiyi növbəti töhfəsidir. 

“Beynəlxalq İqtisadiyyat. Nəzəriyyə və siyasət” kitabı 2018-ci ildə nəşr edilib, 492 səhifə və Əlavə qoşmadan ibarətdir. UNEC-in bütün tədris binalarındakı oxu zallarına, o cümlədən də UNEC 24/7 kitabxanasına gəlib bu kitab ilə tanış ola bilərsiniz. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR