A

“Həftənin kitabı” bu həftə oxuculara “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabını təqdim edir.

Kitabın müəllifi R.Qonaqovdur.

Kitabda Xəzər hövzəsi dövlətlərinin enerji resursları və təhlükəsizliyi məsələləri ərtaflı işıqlandırılıb. Bu monoqrafiyada müəllif dünya enerji təhlükəsizliyi məsəllələri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb, dünyada baş verən konfliktlər kontekstndə Xəzərin statusu ilə bağlı Xəzəryanı dövlətlər arasında əldə edilən konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyətini tətqiq edib, eləcə də hövzə dövlətləri sırasında Azərbaycanın potensial imkanlarını və onun üstün cəhətlərini sistemli şəkildə müqayisə etmişdir. 

“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabı, “Elm”  nəşriyyatında 2018-ci ildə çapdan çıxıb. Monoqrafiya 200 səhifədən ibarətdir.   

“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” monoqrafiyası ilə UNEC Library 24/7-yə gəlib tanış ola bilər, UNEC-in bütün filial kitabxanalarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR