A

“Həftənin kitabı” bu həftə oxuculara “Экономикс. Экспресс - курс” kitabını təqdim edir.

Kitabın müəllifləri ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) rəhbəri Ben Bernanke və Koreliya Universitetinin iqtisadiyyat üzrə professoru Pobert Frenkdir.

Müəlliflərin bu yeni kitabında ekonomiksin predmeti, problemləri, bazar iqtisadiyyatı, rəqabət və bazarın tənzimlənməsi, qısa müddət ərzində iqtisadiyyatın tsiklik inkişafı, makroiqtisadi göstəricilər və digər mövzular geniş izah edilib.    

Həmçinin kitabda tələb və təklif nəzəriyyəsi, istehsal xərcləri, rəqabətli bazarda firmaların davranışının təhlili, ictimai sektor iqtisadiyyatı, istehsalçılar, istehlakçılar və bazarın səmərəliliyi, istehlakçı seçimi, gəlirlər, ictimai əmtəə və ortaq sərvətlərdən bəhs edilib. Qeyd etmək lazımdır ki, müəlliflər bu kitabı indi dəbdə olan bəzi dərslik və dərs vəsaitləri kimi mürəkkəb, çətin anlaşılan makroiqtisadi və mikroiqtisadi ideyalarla yükləməyiblər.

“Экономикс. Экспресс - курс”  kitabı Sankt-Peterburqun “Питер” nəşriyyatında 2012-ci ildə çapdan çıxıb. Kitab 720 səhifədir.

“Экономикс. Экспресс - курс”  kitabı ilə UNEC 24/7 kitabxanasına gəlib tanış ola bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay