A

“Həftənin kitabı” bu həftə oxuculara “Heydər Əliyev – Milli ləyaqət ölçüsü” kitabını təqdim edir.

Professor Zahid Qaralovun müəllifi olduğu kitabda ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu kimi xarakterizə olunur, Ulu Öndərin böyük siyasi və dövlət xadimi kimi fəaliyyətinə nəzər salınır. Bundan əlavə, kitabda ulu öndər Heydər Əliyevin böyük siyasət xadiminə xas olan möhkəm iradə, uzaqgörənlik, xalqın yüksək etimadına nail olması kimi xüsusiyyətləri oxucunun diqqətinə çatdırılır.

Nəşrdə dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından, bu istiqamətdə gərgin siyasi mübarizədən və Ulu Öndərin Azərbaycan dövlətçiliyinin formalaşması istiqamətində gördüyü işlərdən bəhs olunur.

“HEYDƏR ƏLİYEV – Milli ləyaqət ölçüsü” kitabı ilə UNEC-in 24/7 kitabxanasından əldə etmək mümkündür.

Kitab “Təhsil”  nəşriyyatında 2015-ci ildə çapdan çıxıb, 408 səhifədən ibarətdir.   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay