A

“Həftənin kitabı” bu həftə oxuculara “Turizm ekonomisi” kitabını (“Turizm iqtisadiyyatı”) təqdim edir.

Kitabın müəllifləri Prof.Dr.Kurban Ünlüönen, Doç.Dr.Ahmet Tayfun, Doç.Dr.Arzu Kılıçlardır.

Dərslikdə turizm, iqtisadiyat və turizm iqtisadiyyatı barədə ətraflı məlumat verilib. Həmçinin turizm fakültəsi, turizm biznesi və otelçiliklə bağlı tədrisə geniş yer verilib. Turizmin əsasları, turizm sektoru, turizm firma tarazlığı, pulun dəyərindəki dəyişmələrin turizmə təsiri, turizmdə tələbin proqnozlaşdırılması, turizmdə gəlirlər və s. təhlil edilib.

“Turizm ekonomisi”  kitabı Ankarada “Nobel” Akademik Yayıncılık Egitim Danışmanlık Tic.LTD.Şti. Nəşriyyatında 2015-ci ildə çapdan çıxıb. Kitab 298 səhifədir.

“Turizm ekonomisi” kitabı ilə UNEC Library 24/7-yə gəlib tanış ola bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay