A

 “Həftənin kitabı” layihəsi yeni tədris ilinə “Kapital XXI əsrdə” kitabının təqdimatı ilə start verir.  

Fransız iqtisadçı Tomas Piketti müəllifi olduğu kitabında “qeyri-bərabərlik” probleminə yeni bir prizmadan baxmağı təklif edib. Müəllif tarixi retroperspektivdə kapital təsirinin artımının yalnız XX əsrdə - İki Dünya müharibəsi və Şanlı Otuz ilin (1945-1975) Keynesian siyasəti nəticəsində azaldılmasını qeyd edərək, müasir günümüzdə dünyada yenidən bərabərsizliyin durmadan artdığını, bunun isə sosial, siyasi baxımdan çox ağır nəticələrə gətirib çıxara biləcəyinin proqnozunu verib.  Həmçinin Tomas Piketti kitabda gəlir və kapital paylaşımının XVIII əsrdən etibarən keçirdiyi bütün dəyişiklikləri dəqiq məlumatlar əsasında işıqlandırıb, 20-dən çox ölkənin məlumat bazasından faydalanaraq, oxuculara kapitalın yol xəritəsini təqdim edib.

Ç.Vəliyeva və V.Yarıyeva tərəfindən tərcümə edilən, 688 səhifəlik “Kapital XXI əsrdə” kitabı “Qanun” nəşriyyatı tərəfindən 2019-cu ildə çapdan çıxıb.

“Kapital XXI əsrdə” kitabını UNEC-in 24/7 kitabxanasından, eləcə də UNEC Kitabxana İnformasiya Mərkəzinin bütün filial kitabxanalarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay