A

“Həftənin kitabı” layihəsi oxuculara “Understanding Financial Statements” (“Maliyyə hesabatları anlayışı”) kitabını təqdim edir.

L.M.Freyzer və E.Ormistonun həmmüəllifi olduqları dərslikdə maliyyə hesabatları anlayışı və təhlili metodları müzakirə edilir. Həmçinin kitabda maliyyənin mahiyyəti, mühasibat, maliyyənin idarə olunması, audit xidməti, valyuta-maliyyə və kredit münasibətləri,  investisiya qərarlarının verilməsi kimi mövzuları və digər mövzular geniş təhlil edilib. Müasir dövr üçün yetərincə aktual olan “Understanding Financial Statements” (“Maliyyə hesabatları anlayışı”) kitabı bu sahədə davamlı təhsil alanlar və eləcə də, çalışanlar üçün faydalı həm dərslik, həm də yardımçı vəsait sayılır.

304 səhifəlik “Understanding Financial Statements” kitabı ingilis dilindədir.

“Understanding Financial Statements” kitabı ilə UNEC-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərsiniz.

TOP XƏBƏRLƏR