A

“Həftənin kitabı” bu həftə “Müasir şəraitdə milli iqtisadiyyatın təhlili” kitabını təqdim edir. Kitabın müəllifləri iqtisad elmləri doktoru, professor F.Ş.Hacıyev və V.A.Həsənovdur.  

Bu dərs vəsaitində iqtisadi təhlilin nəzəri əsasları, mahiyyəti, predmeti, üsulu və növləri haqqında geniş məlumat verilib. Həmçinin kənd təsərrüfatı təşkilatlarının təsərrüfat fəaliyyətini əhatə etməklə, əsaslı olaraq aqrar sahədə marketinq fəaliyyəti, kənd təsərrüfatı təşkilatlarında məhsul istehsalı və satışı, təsərrüfatların əsas fondlarla əmək resursları və xammal materialları ilə təmin olunması, onların göstəricilər sistemi və dəyişməsini təmin edən amillər kompleksli şəkildə təhlil edilib. 

“Müasir şəraitdə milli iqtisadiyyatın təhlili” kitabı Bakıda “AVRORA” nəşriyyatında 2018-ci ildə çapdan çıxıb, 524 səhifədir.

“Müasir şəraitdə milli iqtisadiyyatın təhlili” dərs vəsaitini UNEC-in 24/7 kitabxanasından, eləcə də İqtisad Universitetinin bütün tədris binalarındakı oxu zallarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR