A

 “Həftənin kitabı” bu həftə oxuculara “Vergi və tərəqqi” kitabını təqdim edir.

Kitabın müəllifləri I.Məmmədov, C.Yusifov və İ.Seyfullayevdir. Kitabda ictimai tərəqqi anlayışına iqtisadi baxışlar ümumiləşdirilərək, rifah nəzəriyyəsinin konsepsiyaları barədə geniş məlumat verilib, həmçinin ictimai tərəqqinin tənzimlənməsi modelləri tədqiq edilib. Oxucu kitabda ictimai rifahın vergi tənzimlənməsinə dair nəzəri və praktiki bilikləri əldə edə bilər. Əhalinin gəlirləri üzrə bərabərsizliyin, istehlak vergilərinin və sosial güzəştlərin bərabərsizliyinə təsirinin tədqiqi, eləcə də vergi mədəniyyəti və ictimai tərəqqi arasında əlaqələrə dair biliklər kitabın məzmununda xüsusi yer tutur.

“Vergi və tərəqqi” kitabı 324 səhifədir. Kitab “Bestpack” mətbəəsində 2015-ci ildə çapdan çıxıb.   Kitabla UNEC-in 24/7 Kitabxanasında tanış ola bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay