A

“Həftənin kitabı” bu həftə oxuculara “Aqrar sahədə struktur və səmərəlilik problemləri (nəzəriyyə və praktika)” kitabını təqdim edir.

Kitabın müəllifi iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşovdur.

Monoqrafiyada qlobal iqtisadiyyatda aqrar sahənin yeri və roluna aydınlıq gətirilib, ölkənin mövcud durumu və inkişaf meylləri araşdırılıb, aqrar istehsalın struktur və səmərəlilik problemlərinə, həmçinin müasir tələblər baxımından aqrar sahənin inkişaf prioritetlərinə xüsusi diqqət yetirilib.

“Aqrar sahədə struktur və səmərəlilik problemləri (nəzəriyyə və praktika)” kitabı 536 səhifədir, 2017-ci ildə çapdan çıxıb.

“Aqrar sahədə struktur və səmərəlilik problemləri (nəzəriyyə və praktika)” kitabını UNEC-in 24/7 kitabxanasından, eləcə universitetinin bütün tədris binalarındakı kitabxanalarının oxu zallarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR