A

“Həftənin kitabı” bu həftə oxuculara “İnklüziv inkişafın idarə edilməsinin əsasları” və “Основы управления инклюзивным развитием” kitablarını təqdim edir.

Müəllifi akademik Urxan Ələkbərov olan kitabda dünya ölkələrinin inklüziv inkişaf göstəricilərinin 2018-ci ildə beynəlxalq təşkilatlar tərəfindən aparılan müqayisəli təhlili verilib. Həmçinin inklüziv inkişafın monitorinqinin planlaşdırılması və idarə edilməsi sahəsində bilik və bacarıqların formalaşdırılmasının və daim təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs olunub.

“İnklüziv inkişafın idarə edilməsinin əsasları” və “Основы управления инклюзивным развитием” kitablarının hər ikisi 216 səhifədir. Kitab “Təhsil” nəşriyyatında 2018-ci ildə çapdan çıxıb.

Azərbaycan və rus dillərində olan “İnklüziv inkişafın idarə edilməsinin əsasları” və “Основы управления инклюзивным развитием” kitablarını UNEC-in 24/7 kitabxanasından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay