A

Aprelin 15-də Gəncə şəhərindəki “İstək” liseyinin yuxarı sinif şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar. Şagirdlər üçün təşkil edilən infoturda UNEC barədə informasiya çatdırılıb.

UNEC-in Marketinq və Kommunikasiya Departamentinin marketinq mütəxəssisi Ramil Cabbarov universitetin innovativ yeniliklər, elektron universitet layihəsi haqqında danışıb.

Radio UNEC və Yaradıcılıq Mərkəzi şagirdlərin xüsusilə diqqətini cəlb edib.İnfoturun əsas məqsədi gələcəyin tələbələrinə universitetdə tədris prosesi və ixtisaslar haqqında yaxından tanış etmək, beynəlxalq mübadilə proqramları, təqaüd imkanları, təcrübənin təşkili və digər məqamları çatdırmaqdır.

UNEC ilə tanış olan şagirdlər yaxın gələcəkdə universitetə tələbə kimi qayıtmağı arzuladıqlarını bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR