A

Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də 1 gün” uğurla davam edir.

Layihəyə xüsusi maraq göstərən Bakı Dövlət Sosial-İqtisadi Kollecinin şagirdləri bu gün UNEC-in bir günlük tələbələri olub.

Şərti tələbə biletləri təqdim olunan şagirdlərə UNEC barədə ətraflı məlumat verilib. UNEC-də tədris olunan ixtisaslar, xüsusi təqaüd və mübadilə proqramları, beynəlxalq layihələr onların diqqətinə çatdırılıb. Bir günlük tələbələr istəklərinə uyğun olaraq, Azərbaycan dilində marketinq, sosial sahənin iqtisadiyyatı və maliyyə uçotu fənlərini dinləyiblər. Dərsdən müsbət təəssüratlarla ayrılan bir günlük tələbələr infoturda olublar. Onlar oxu zalı, kitabxana, imtahan zalı, Maliyyə laboratoriyası ilə tanış olub, Virtual Müəssisənin fəaliyyətini izləyiblər. Bir günlük tələbələrin sualları cavablandırıldıqdan sonra onlar UNEC-ə tələbə kimi qayıtmaq istədiklərini bildiriblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR