A

Bakı şəhəri Sabunçu rayonu 307 saylı məktəbin şagirdləri “UNEC-də 1 gün” layihəsinin iştirakçısı olub.

Məktəblilərə şərti tələbə biletləri təqdim olunduqdan sonra, onlara UNEC barədə ətraflı məlumat veriib, infotur təşkil olunub. Bir günlük tələbələr Azərbaycan dilində dərslərdə iştirak edərək, sosial sahələrin iqtisadiyyatı fənnini dinləyiblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR