A

Xətai rayonu Humanitar təmayüllü lisey və 204 saylı məktəbin şagirdləri UNEC-in bir günlük tələbələri olub.

Məktəblilərə şərti tələbə biletləri təqdim olunduqdan sonra, onlara UNEC barədə ətraflı məlumat veriib, infotur təşkil olunub. İnfotur zamanı bir günlük tələbələr UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan İstiqlal Muzeyinin eksponatlarından ibarət sərgi ilə də tanış olublar. Sonra onlar Azərbaycan dilində dərslərdə iştirak edərək, dünya iqtisadiyyatı, beynəlxalq valyuta kredit münasibətləri, xarici ölkələrin pul kredit sistemi fənlərini dinləyiblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR