A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin III kurs tələbələri “UNEC-də bir gün” layihəsinin iştirakçıları olublar.

Onlara şərti tələbə biletləri təqdim olunduqdan sonra, onlara UNEC barədə ətraflı məlumat veriib, infotur təşkil olunub. İnfotur zamanı bir günlük tələbələr UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan İstiqlal Muzeyinin eksponatlarından ibarət sərgi ilə də tanış olublar.

Kolleci bitirdikdən sonra təhsillərini UNEC-də davam etdirmək istəyən bir günlük tələbələr Maliyyə və mühasibat fakültəsinin dərslərində iştirak ediblər.

 “UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR