A

 

“UNEC-də bir gün” layihəsi uğurla davam edir.

Səbail rayonunda yerləşən 236 saylı məktəbin şagirdləri UNEC-in bir günlük tələbələri olub. Şərti tələbə biletləri təqdim edildikdən sonra onlar dərs cədvəli ilə tanış olaraq, Azərbaycan dilində marketinq fənnini dinləmək istədiklərini bildiriblər. Dərsdən böyük təəssüratlarla ayrılan şagirdlər UNEC-də infoturda olublar. Onlara Elektron Universitet Modeli, xüsusi təqaüd və ikili diplom proqramları, beynəlxalq əlaqələr və digər yeniliklər barədə ətraflı məlumat verilib. Bir günlük tələbələr UNEC-in oxu zalı ilə tanış olub, Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgiyə baxış keçiriblər. Şagirdlər ixtisas və universitet seçimində layihənin onlara böyük dəstək olduğunu vurğulayıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR