A

“Ulduz” Hazırlıq Mərkəzinin qəbul imtahanlarında II ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.

II ixtisas qrupu üzrə 700 bal toplayan Jalə Rəcəbova da layihə çərçivəsində UNEC-in bir günlük tələbəsi olub.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev bir günlük tələbələrə UNEC-in beynəlxalq əlaqələri, tədris proqramları və ixtisaslarından söz açıb. Son iki ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentlərin məhz UNEC-də təhsil aldığını diqqətə çatdıran A.Rzayev bir günlük tələbələri maraqlandıran sualları cavablandırıb.

UNEC-in rektorunun köməkçisi, gənc müəllim Ramil Cabbarov bir günlük tələbələr qarşısında universitet barədə geniş təqdimatla çıxış edib. UNEC-in ölkədə 4 dildə təhsil verən yeganə ali təhsil ocağı olduğunu bildirən R.Cabbarov bu universitetin həyata keçirdiyi yeniliklərdən bəhs edib.

Ötən ilki qəbul imtahanlarında 700 bal toplayaraq Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan I kurs tələbəsi Cavad Əliyev UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. O, tələbələr üçün inanılmaz fürsət adlandırdığı UDİD, xüsusi təqaüd və Avropanın nüfuzlu universitetləri ilə reallaşdırılan ikili diplom proqramlarının yalnız UNEC-də tətbiq edildiyinə diqqət çəkib. “Ötən ilin bu günü universitet seçimi qarşısındaydım, bu gün isə artıq tələbəyəm” deyən C.Əliyev UNEC-i seçməyini həyatındakı ən doğru qərarlarından biri hesab etdiyini bildirib.

Bir günlük tələbələr UNEC ərazisində infoturda olub, imtahanların gedişini izləyiblər. Görüşdə onları maraqlandıran sualları cavablandırılıb.

II ixtisas qrupu üzrə təhsil almaq istəyən abituriyentlər “UNEC-də bir gün” layihəsində iştirak etmək üçün 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR