A

“UNEC-də 1 gün” layihəsinin növbəti iştirakçıları Suraxanı rayonu N.Həmidov adına 208 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri olub.

I və II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə 4 dildə təhsil verən UNEC-də tədris olunan ixtisaslar, xüsusi təqaüd, UDİD, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları, mərkəzləşdirilimiş elektron imtahan prosesi barədə ətraflı məlumat verilib. Sonra bir günlük tələbələr “marketinq” fənnini dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan bir günlük tələbələr UNEC-də infoturda olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR