A

“UNEC-də 1 gün” layihəsi uğurla davam edir.

Layihədə digər məktəblilərlə yanaşı, Gürcüstan Respublikasının vətəndaşı olan abituriyent də iştirak edib. Abituriyentə UNEC-ə əcnəbi tələbələrin qəbul qaydası ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, UNEC-ə əcnəbi tələbələrin qəbulu elektron qaydada həyata keçirilir. Təhsil haqqının məbləği isə ixtisaslar üzrə azərbaycanlı tələbələrlə eyni təşkil edir.

Məktəblilər UNEC-də tədris olunan ixtisaslar, xüsusi təqaüd, UDİD, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları, mərkəzləşdirilimiş elektron imtahan prosesi ilə tanış olduqdan sonra, istəklərinə uyğun olaraq, Azərbaycan dilində “menecment” fənnini dinləyiblər.

Dərsdən müsbət təəssüratlarla ayrılan abituriyentlərə bildirilib ki, layihə tədris ili boyu davam edəcək. Onlar Azərbaycan dilində tədris olunan fənlərlə yanaşı, ingilis, türk və rus dilində fənləri də dinləyə bilərlər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay