A

“UNEC-də 1 gün” layihəsi davam edir.

Layihənin qonaqları Bakıda fəaliyyət göstərən 82, 86, 94, 156, 210, 227, 290 və 317  nömrəli məktəblərin yuxarı sinif şagirdləri olub.

Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verilən yeganə ali təhsil ocağı olan UNEC barədə ətraflı məlumat verilib. UNEC-in mübadilə və xüsusi təqaüd proqramları, London Universiteti/London İqtisadiyyat Məktəbi və Montpellier Universiteti ilə ikili diplom, eləcə də Universitet Daxili İkili Diplom (UDİD) proqramları bir günlük tələbələrin xüsusi marağına səbəb olub. Görüşdə tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə yaradılan Yaradıcılıq Mərkəzi, Radio UNEC və İdman klubunun fəaliyyətindən də bəhs olunub.

Abituriyentlər istəklərinə uyğun olaraq Azərbaycan və ingilis dillərində dərsləri dinləyiblər. İlk dəfə auditoriyada əyləşmək sevincini yaşayan məktəblilər Elektron Universitet Modeli ilə də tanış olublar.

Dərsdən sonra bir günlük tələbələr üçün universitet ərazisində infotur təşkil edilib.

UNEC-lə tanışlıqdan sonra abituriyentlər təəssüratlarını bölüşüblər. Onlar universitet, eləcə də ixtisas seçimində vacib olan məqamlara aydınlıq gətirilməsi baxımından layihənin mühüm rol oynadığını bildiriblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR