A

Bakının 6 nömrəli liseyinin 11-ci sinif şagirdləri “UNEC-də bir gün layihəsi”ndə iştirak ediblər.

II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, ikili diplom və mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub. Sonra abituriyentlər UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları ilə tanış olublar. Eyni zamanda imtahanların gedişini müşahidə ediblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43; 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, abituriyentlər ixtisas seçimlərinə qədər "UNEC-də bir gün" layihəsində iştirak edə bilərlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR