A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Menecment kafedrasının professorları Kamil Şahbazov  ilə Heydər Həsənov Sankt-Peterburq Dövlət İqtisad Universitetində “Müasir menecment: problemlər və perspektivlər” mövzusunda keçirilən XI Beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Konfransın plenar iclasında professor H.Həsənov “Milli mentalitetin işgüzar təşkilatların menecmentinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan şirkətlərinin menecmentinin hansı milli xüssiyyətlərə malik olmasından danışıb. Azərbaycanlılara məxsus olan fərdçiliyin, işgüzarlığın və dəyişikliklərə tez bir zamanda uyğunlaşma xüsusiyyətlərinin işgüzar təşklatlarların idarə edilməsində praktiki olaraq maddiləşməsi yollarını açıqlayıb.Professor K.Şahbazov isə konfransın “İqtiadiyyatda innovasiya proseslərinin idarə edilməsi” seksiyasında “Azərbaycanda innovasiya menecmentinin strategiyası” movzusunda çıxış edib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay