A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “AzRe Təkrarsığorta” ASC arasında müqavilə imzalanıb. Sənədə əsasən, UNEC “Milli iqtisadiyyatın şaxələndirilməsi prosesinin tənzimlənməsində sığorta bazarının resurs potensialının artırılması prioritetləri” mövzusunda tədqiqat işini yerinə yetirəcək.

Layihənin məqsədi UNEC-in elmi potensialını tədqiqat işlərinə yönəltməklə ali təhsil ocağına əlavə vəsait cəlb etmək, professor-müəllim heyətinin sosial problemlərini həll etmək üçün əlavə tədbir görməkdir.

Tədqiqat işinin yerinə yetirilməsi üçün UNEC-in “Maliyyə və maliyyə institutları”  kafedrasının professor-müəllim heyətindən ibarət İcraçı Qrup yaradılıb. İcraçı Qrupa kafedranın müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərov rəhbərlik edəcək. Müqaviləyə əsasən, tədqiqat işi bir ay ərzində başa çatdırılacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR