A

İyunun 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) akademik heyəti üçün “Elektron Universitet Modeli” təlimlərinə start verilib.

Təlimlərin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 2 və 4.1.1. bəndlərini əsas tutaraq “Elektron Universitet Modeli”nin UNEC-də tətbiqinin genişləndirilməsidir. O cümlədən, professor-müəllim heyətinin İKT sahəsində bilik və bacarıqlarının artırılması, differensial əmək haqqı sisteminin fəaliyyətinə dair daha dərindən məlumatlandırılması və ali təhsil müəssisəsində innovativ tədrisin təşviqini təmin etməkdir.“Elektron Universitet Modeli” 2015-2016-cı tədris ilindən UNEC-in əsas tədris binasında uğurla həyata keçirilib. Yeni tədris ilindən isə model universitetin II və IV tədris binalarında tətbiq ediləcək.“Elektron Universitet Modeli”nin daha səmərəli istifadəsinin təşkili ilə əlaqədar UNEC-in bütün kafedraları üzrə 900 professor-müəllimin iştirak edəcəyi təlimlər iyulun 8-dək davam edəcək.Təlimləri UNEC-də “Elektron Universitet Modeli”nin tətbiqi ilə bağlı İşçi Qrupunun rəhbəri Tahir Bədəlov, Beynəlxalq İqtisadiyyat (ingilis dili) kafedrasının müəllimi Aysel Quliyeva, “Elektron Universitet Modeli”ni uğurla tətbiq edən gənc müəllim Ramil Cabbarov və İKT Mərkəzinin əməkdaşı Həsən İsmayılov keçəcək. Təlimlərdə PowerPoint, Word, Excel proqramlarında təqdimatların hazırlanması barədə məlumat veriləcək. Müəllimin şəxsi kabinetindən, Elektron Jurnaldan və korporativ e-maildən istifadə qaydaları öyrədiləcək. Eyni zamanda, müəllimin şəxsi kabinetin fayl bölməsinə təqdimatların yüklənilməsi və dərs zamanı istifadəsi qaydaları barədə danışılacaq, xidməti fəaliyyət bölməsi və istifadə qaydaları haqqında bilgilər veriləcək.TƏQDİMAT FAYLINI YÜKLƏMƏK ÜÇÜN LİNK 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR