A

Portuqaliyanın paytaxtı Lissabon səhərində Lissabon Universitetinin İqtisadiyyat və Menecment məktəbi nəzdində Siyasi iqtisadın inkisafı üzrə Beynəlxalq Təşəbbüs qrupunun “Siyasi iqtisad üzrə 7-ci illik konfransı” keçirilib. “Siyasi iqtisad: Beynəlxalq meyllər və milli xüsusiyyətlər” mövzusundan keçirilən konfransda Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) İqtisadi nəzəriyyə  kafedrasının müdiri, professor Əlican Babayev  təmsil edib. Konfransın plenar sessiyasında professor Ə.Babayev “Müasir iqtisadi nəzəriyyə və onun strukturu” mövzusu ilə çıxış edib.

Dünyanın aparıcı siyasi iqtisadçılarının qatıldığı beynəlxalq konfrans siyasi iqtisadın əsas məktəblərinin, o cümlədən MDB ölkələrinin siyasi iqtisad məktəblərinin əsas nailiyyətlərinə həsr olunub. Konfransda dünyanın 43 ölkəsindən 450 nümayəndə iştirak edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay