A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzinin dəstəyi ilə UNEC-də keçirilən “Kapital Bazarları Həftəsi” adlı master-klass təlimləri yekunlaşıb.

BFB-nin mütəxəssisləri “Azərbaycan Kapital Bazarı”, “Kapital Bazarları alətləri və ticarətin təşkili” “Kapital Bazarlarının imkanları”, “Fond Birjasında Listinq”, “Qiymətli kağızları kütləvi ticarət olunan Şirkət Olmağın Üstünlükləri”, “IPO” və “İnvestisiya Qərarlarında Mühasibat Uçotunun Rolu” mövzularında öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşüb. Master-klass təlimləri tələbələr arasında böyük maraqla qarşılanıb.Təlimlərin sonunda tələbələr arasında “Kapital Bazarlarında ticarət” elektron simulyasiya oyunu keçirilib. BFB tərəfindən hazırlanmış simulyasiya oyunu platforması virtual maliyyə bazarında ticarət əməliyyatlarının icrasına və qiymətli kağızlar portfelinin idarə edilməsinə əsaslanır.Bakı Fond Birjasının(BFB) “Bilik mübadiləsi proqramı” çərçivəsində keçirilən təlimlər 5 gün davam edib. Sonda tələbələrə BFB-tərəfindən iştirak sertifikatları və hədiyyələr təqdim olunub.Tədbirin bağlanış mərhələsində çıxış edən “Maliyyə və maliyyə institutları”  kafedrasının müdiri, i.e.d. Əvəz Ələkbərov təlimlərin və simulyasiya oyununun tələbələrin bilik səviyyəsinin artırılmasındakı rolundan danışıb. Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin müavini Vüqar Namazov təlimlərdə göstərilən dəstəklərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinə təşəkkürünü bildirib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR