A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri” çərçivəsində təşkil olunan növbəti elmi-praktik konfrans UNEC-in Zaqatala filialında keçirilib. Universitetdə elmi fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı keçirilən elmi-praktik konfransda UNEC-in professor-müəllim heyəti də iştirak edib.

UNEC-in Zaqatala filalının direktoru professor Orucəli Rzayev “Elm günləri”nin əhəmiyyətindən danışıb, bunun ali təhsil ocağına verəcəyi töhfələri iştirakçıların diqqətinə çatdırıb.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov tələbələrə elmi tədqiqat işlərinın aparılması barədə məlumatlar verib. Bildirib ki, hər bir tələbə daim öz üzərində işləməli, elmi tədqiqatlarla məşğul olmalıdır. Təhsilin elmlə sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses eyni zamanda ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir.

UNEC-in doktorantura şöbəsinin müdiri Həmid Həmidovla Distant, qiyabi və əlavə təhsil mərkəzinin əlavə təhsil şöbəsinin müdiri Emin Qəribli tələbələrin yaradıcılığında TEC-in rolundan danışıblar, cəmiyyətin məqsədi, vəzifələri , elmi-təşkilati işləri barədə məlumat veriblər.

Konfrans diskussiyalarla davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR