A

Noyabrın 8-də “Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin sonuncu dinləmələri keçirilib.

UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov “Elm aylığı”na aid tədbirlərin yerinə yetirilməsi barədə iştirakçılara məlumat verib. Tədbirlər planı çərçivəsində UNEC-də keçirilən elmi məqalə müsabiqəsinin yekunlaşması və son təntənəli yığıncaqda qaliblərin mükafatlandırılacağını iştirakçıların diqqətinə çatdırıb. Sonra Nobel mükafatçıları haqqında məruzələr səsləndirilib.

İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri dosent Murad Bağırzadə Nobel mükafatçisi Tomas Sarcent (2011) barədə məruzə ilə çıxış edib. Bildirib ki, T.Sarcent makroiqtisadiyyatda səbəb-nəticə əlaqələrinin empirik tədqiqatlarına görə Kristofer Simslə birlikdə Nobel mükafatına layiq görülüb. O, digər Nobel mükafatçisi R.Lukasla yanaşı, müasir struktur makroekonometrika nəzəriyyəsinin yaradıcısı sayılır. İlk dəfə əsaslandırıb ki, rasional gözləmələrin təhlillərə daxil edilməsi klassik keynsçi nəzəriyyədəki boşluqları aradan qaldırmağa imkan yaradıb və bununla yeni neoklassik iqtisadi nəzəriyyəyə samballı töhfəsini verib.

Tomas Sarcentin yaratdığı nəzəriyyələr barədə mülahizələrini bildirən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Rövşən Quliyev  bu nəzəriyyələrdəki bir sıra müddəaların faydalılığını şərh edib.Qeyd edək ki, UNEC-də oktyabr-noyabr aylarında “Elm aylığı” çərçivəsində silsilə tədbirlər yekunlaşmaq üzrədir. Ölkənin tanınmış elm xadimlərinin də qatıldığı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçirilir, elmi müzakirələr aparılır. Proqrama uyğun olaraq, “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsinin birinci mərhələsi başa çatıb. “Elm aylığı”na noyabrın 10-da “Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü”ndə yekun vurulacaq. Tədbirdə UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması olacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR